Oğrunu ev sahibi özü tutdu
1 Oktyabr 2015 16:22 KriminalPaytaxtın Nizami rayonunda yaşayan İldrım Yaqubovun evindən oğurluğa cəhd göstərmiş Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Nemət Əzizov ev sahibi tərəfindən tutulub. DİN-dən verilən məlumata görə, Nizami RPİ 23-cü PB əməkdaşları tərəfindən N.Əzizovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Rəhimə Cavadovanın evindən 241 manat oğurlaması da müəyyən edilib. Həmçinin Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyun ayının 30-da şəhər ərazisində Salyan rayon sakini Aydın Rəhmanovun 150 manatını oğurlamış həmyerlisi Tural Balacayev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31