Bıçaqla hədələyib pulunu və boyunbağısını aldılar

Suraxanı qəsəbə sakini Vaqif Əliyev Suraxanı RPİ 31-ci PB-yə müraciət edib sentaybrın 26-da qəsəbə ərazisində Namiq adlı şəxsin onu bıçaqla hədələyərək 50 manatını, sentyabrın 28-də isə Rauf adlı şəxsin onu bıçaqla hədələyərək gümüş boyunbağısını almalarını bildirib. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Rauf Əliyev və Namiq Həsənov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31