Xalasının evindən 10200 manat oğurladı
1 Oktyabr 2015 15:18 KriminalBakıda evdən külli miqdarda pul oğurlayan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində yaşayan Sərfinaz İsmayılova 28-ci PB-yə müraciət edərək sentyabrın 29-da bacısı oğlu Məhəmmədəli Zərbəliyev tərəfindən 10200 manatının oğurlanmasını bildirib. PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədəli Zərbəliyev saxlanılıb və o, oğurluq etdiyini etiraf edib. Eyni zamanda M.Zərbəliyev sentyabr 29-da quldurluq etdiyinə görə tutulmuş Fikrət İsgəndərovu bıçaqla hədələyərək ondan 7500 manat aldığını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31