Əl yükündən narkotik vasitə çıxdı

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına "Renault Megan" markalı minik avtomobili ilə sərnişin qismində gələn İran vətəndaşı Meisam Ahmadi gömrük nəzarətindən keçib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, nəzarət zamanı kinoloji xidmət iti onun çamadanına reaksiya verib. Nəticədə, həmin əl yükünə baxış zamanı oradan 4 ədəd bükümdə, ümumi xalis çəkisi 20,17 qram olan narkotik vasitə - həşiş aşkar edilib. Faktla bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31