Maşını evinin qarşısından oğurladılar
5 Oktyabr 2012 14:19 KriminalBakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti paytaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb. "Qafqazinfo" həmin xəbərləri təqdim edir:
Oktyabrın 4-ü, saat 22:45 radələrində Qobustan qəsəbəsi ərazisində Neftçala rayon sakini Məmmədağa Axundov idarə etdiyi "Kraz" markalı avtomaşını aşırıb, nəticədə aldığı xəsarətdən hadisə yerində ölüb.Oktyabrın 3-nə keçən gecə, Elnur Yusifova məxsus Z.Xəlilov küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə danışıq kartları və tütün məmulatları oğurlayan Tərtər rayon sakini Qoşqar Yadigarlı oktyabrın 4-də Nəsimi RPİ PPXB və 22-ci PB-nin əməkdaşları tərəfindən tutulub.
Sentyabrın 27-də Binəqədi - Biləcəri yolu yeni yaşayış sahəsində yaşayan Oruc İsgəndərova məxsus "Kia Rio" markalı avtomaşın evinin qarşısından qaçırılıb. Binəqədi RPİ 4-cü PB və BDYPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşını qaçıran Şabran rayon sakinıb.