Qadının boyunbağısını alan saxlanıb

Sentyabrın 29-da Nəsimi rayonunun Cavadxan küçəsində naməlum şəxs Bakı şəhər sakini Xalidə Xələfovaya zor tətbiq edib qızıl boyunbağısını alıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB-nin və DİN ÇPA-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş paytaxt sakini Nicat Qaragözəlov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31