Qarajda 1 kq marixuana aşkar edildi

Ağcabədi sakinindən narkotik vasitə götürülüb. DİN-dən verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Şahmar Atakişiyevdən 6,7 qr marixuana götürülüb. Ona məxsus qaraja baxış zamanı isə əlavə olaraq 1 kiloqram marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31