Dələduzluqda təqsirləndirilən vəkilin məhkəmə istintaqı başa çatıb
30 Sentyabr 2015 14:10 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, keçirilən prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazır olmadığı üçün məhkəmə prosesi oktyabrın 8-nə kimi təxirə salınıb.
Qeyd edək ki, M. Bayramov bir müddət əvvəl saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31