DİN: Xaçmazda ağacın avtomobilin üzərinə aşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Xaçmaz rayonunda külək zamanı ağacın aşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 29-da əsən güclü küləkdən Xaçmaz rayonunun Hacıəhməd-oba kəndində şəhər sakini Rasim Qasımovun idarə etdiyi "Moskviç" markalı avtomobilin üzərinə ağac qırılaraq düşüb. Nəticədə sərnişini Aslan Mahmudov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31