Azyaşlının alışqanla oynamasının nəticəsi: 3 yaşlı uşaq öldü

Alışqanla ehtiyatsız davrandığından yanıq xəsarəti almış 3 yaşlı Buzovna qəsəbə sakini xəstəxanada ölüb. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 28-də Xəzər rayonunun Buzovna qəsəbəsində qəsəbə sakini, 3 yaşlı Xəyal Mehdiyev alışqanla ehtiyatsız davrandığından yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş X.Mehdiyev sentyabrın 29-da orada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31