Rusiya və Gürcüstan tərəfindən axtarışda olan şəxslər Azərbaycanda tutulub
30 Sentyabr 2015 13:53 KriminalRusiya və Gürcüstan dövlətləri tərəfindən axtarışda olan şəxslər Azərbaycanda tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə (qəsdən adam öldürmə) axtarışda olan Nicat Kiçibəyov tutulub. Bundan başqa Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 239-cu (xuliqanlıq) maddələri ilə axtarışda olan Bakı şəhər sakini Eldar Əhmədov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31