Ucarda orta məktəbdə yanğın olub

Ucar rayon mərkəzində fəaliyyət göstərən orta məktəbdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 3434 kv.m.olan üçmərtəbəli orta məktəbin 2-ci mərtəbəsində yerləşən 18 kv.m.olan kitabxana otağında 2 ədəd elelktrik qızdırıcısı,1 ədəd elelktrik çayniki və 1 şkaf yanıb. Məktəb binası yanğından mühafizə olunub. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31