Qaz sızmasından partlayış baş verib
Ailənin 4 üzvü yaralandı
29 Sentyabr 2015 17:01 KriminalŞamaxıda evdə partlayış baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 28-də saat 04 radələrində Şamaxı şəhərində yaşayan Ramil Məmmədovun evində təbii qazın sızmasından partlayış baş verib.Nəticədə evin qapı və pəncərə çərçivələri dağılıb, xəsarət almış R.Məmmədov, arvadı Nuranə, qızı Aişən və oğlu Həsən xəstəxanaya yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31