Qardaşının evini qarət etdi

DİN-dən verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisindəki mağazalardan birində quraşdırılmış "E-manat" ödəmə terminalından pul oğurlamış Yevlax rayon sakini Elgün Məmmədov tutulub. Həmçinin Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan Əlizadənin evindən 534 manat oğurlamış qardaşı Xəyal saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31