Evi və mağazanı qarət edən şəxslər saxlanıb
29 Sentyabr 2015 16:59 KriminalDİN-dən verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də Həzi Məmmədovun evindən 4000 manat və 1000 ABŞ dolları, habelə 5000 manat dəyərində qızıl əşyalar oğurlamış Abşeron rayon sakini Ramin Əzimov tutulub. Həmçinin Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Araz Mustafayevə məxsus mağazadan 400 manat və 500 ABŞ dolları oğurlamış rayon sakini Samir Alışanov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31