Həmyerlisini bıçaqlayıb aradan çıxdı

Qusar rayonunda bışaqlama hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, sentyabrın 28-də Qusar rayonunun Əniğ kəndində kənd sakini Zeybala Əliyev həmkəndlisi Nuviddin Soltanova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. N.Soltanov isə hadisə yerində ölüb. Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əliyev tutulub. İlkin araşdırma zamanı hadisənin münaqişə zəminində baş verdiyi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31