935 qram heroin aşkar edilib
29 Sentyabr 2015 12:50 KriminalBiləsuvar Gömrük İdarəsi əməkdaşlarının Bəhrəmtəpə-Ağcabədi avtomobil yolunun 14-cü kilometrliyində keçirdikləri əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşları Aydın Hümbətov və Anar Mahmudov saxlanılıb. Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən verilən nməlumata görə, onlardan İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilən 1 ədəd sellofan bağlamada, xalis çəkisi 935,0 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31