Bakıda mənzildən 20 min manatlıq qızıl apardılar

Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.Hadisə ötən gecə M.Seyidov küçəsi ev 33, mənzil 28 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Nərminə Polad qızı Qarayeva polisə müraciət edərək evindən 20 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.Hazırda polis hadisənin üstünün açılması istiqamətində tədbirləri davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31