Evdən 10 min manat oğurlayan şəxs tutulub

Bakıda oğurluq etdiyinə görə axtarışa verilmiş şəxs tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində sentyabrın 24-dən 27-dək olan müddətdə Yeni Yasamalda yaşayan Həzi Məmmədovun evindən 4000 manat, 1000 ABŞ dollar və 5000 manat dəyərində qızıl zinət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Ramin Əzimov tutulub.

Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31