17 gün əvvəl özünü asan qadın ölüb
28 Sentyabr 2015 18:43 KriminalBakıda 17 gün əvvəl özünü asaraq intihara cəhd edən qadın xəstəxanada ölüb. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1965-ci il təvəllüdlü Almaz Məcid qızı Məcidova xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, A. Məcidova sentyabrın 11-də Xəzər rayonu, Zirə qəsəbəsində yaşadığı evin həyətindəki tikilidə özünü asıb. O, son anda ailə üzvləri tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31