Yol qəzası bir ailədən üç nəfəri apardı
5 Oktyabr 2012 10:18 KriminalBakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. Gecə saat 00:00 radələrində paytaxtın "20 Yanvar" istiqamətində hərəkət edən "VAZ-2107" markalı avtomobil yolun hərəkət istiqamətindən çıxaraq dəmir sürahiyə çırpılıb. Baş verən qəzada sürücü hadisə yerindəcə keçinib. Yaxınlıqda yaşayan sakinlərin yardımı ilə avtomobildə olan qadını və bir uşağı xilas etmək mümkün olub. Onlar ağır vəziyyətə xəstəxanaya aparılıblar. Hadisə şahidlərinin sözlərinə görə, biri körpə olmaqla digər iki azyaşlı isə hadisə yerindəcə dünyalarını dəyişiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31