Qadını rüsvay edəcəyi ilə hədələyən şəxs ələ keçib
28 Sentyabr 2015 15:49 Kriminalİmişli rayon sakininin qeyri-etik əməlləri ifşa olunub. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Təmrazov Bakı şəhər sakini S.H-ya (qadın) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib ondan 1200 ABŞ dolları alarkən tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31