Yanacaqdoldurma məntəqəsinə saxta 100 manatlıq veriblər
28 Sentyabr 2015 15:02 KriminalYevlax rayon sakinlərinin saxta 100 manatlıqla alver etməsi məlum olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 26-da "Mercedes" markalı avtomobildə Bərdə rayonunun Mehdili qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş naməlum şəxs doldurduğu yanacağın əvəzinə 100 manatlıq saxta əskinas verib. Bərdə RPŞ əməkdaşlarının həyat keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakinləri Ramiz Əliyev və Nurlan Heydərov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31