DİN atasını öldürən şəxslə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Tovuzda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 27-də Tovuz rayonunun Abulbəyli kəndində yaşayan Qafur Qarayev evdə ailə-məişət münaqişəsi zəminində atası İlhamı döyüb və İlham hadisə yerində ölüb. Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qarayev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31