4 ailəyə məxsus ev yanıb
28 Sentyabr 2015 14:01 KriminalQuba şəhərində, bir çardaq altında yerləşən 4 ailəyə məxsus ümumi sahəsi 400 kv.m olan evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə evin bir mənzili 60 kv.m sahədə tam, digər mənzilin dam örtüyü 60 kv.m, ona bitişik ümumi sahəsi 60 kv.m olan sexin 16 kv.m-i və talvar 44 kv.m sahədə yanıb. Evin və sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31