Kürdə batan 13 yaşlı gəncin meyiti tapılıb
28 Sentyabr 2015 14:01 KriminalSentyabrın 24-də Kür çayının Sabirabad rayonu, Ulucanlı kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə) batmış 2002-ci il təvəllüdlü Telman Seyran oğlu Əhmədlinin axtarışları başa çatıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, T.Əhmədlinin cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 10 km aralıda, Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31