Şadlıq sarayı qana boyandı

Şəmkir rayonunda keçirilən toy məclislərinin birində qanlı olay baş verib.Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəmkir rayonunda keçirilən toy məclislərinin birində qanlı olay baş verib, şadlıq sarayının həyətində uzun sürən mübahisə zamanı rayon sakini 20 yaşlı Ağaxan Abdullayev bıçaq xəsarətləri alıb. Yaralı dərhal Şəmkir mərkəzi rayon xəstəxanasına çatdırlıb onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.Hələlik davanın iştirakçıları və Abdullayevi kim tərəfindən bıçaqlandığı məlum deyil.Polis bu istiqamətdə araşdırma aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31