Baloğlan Əşrəfov ağır yol qəzasına düşdü – ÖZƏL
27 Sentyabr 2015 00:03 KriminalAzərbaycan Respublikasının əməkdar artisti, tanınmış müğənni Baloğlan Əşrəfov Bakıdan Masallıya gedərkən Biləsuvar rayonu ərazisində ağır yol qəzası keçirib.
Hadisəylə bağlı informasiyanı Trendə qəza şahidləri veriblər.
Trendin əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Baloğlan Əşrəfovun özü ilə əlaqə saxlayıb. Trendə açıqlamasında əməkdar artist informasiyanı təsdiq edib: "Bəli, qəza olub, çox həyəcan keçirdik. Allah bu dəfə də bizi qorudu. Şükür Allaha, salamatçılıqdır. Hələ də hadisənin şokundayıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31