Bakıda 4 otaqlı ev yanıb

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus 4 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 4 kv.m sahədə və 1 ədəd soyuducu yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31