Sumqayıtda 3 otaqlı evin 1 otağı yanıb

Sumqayıt şəhərində vətəndaşa məxsus 3 otaqlı evdə yanğınm baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 47 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 3 kv.m sahədə məişət əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31