Kürdəxani sakinindən tiryək götürülüb

Kürdəxanı sakinində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəxanı qəsəbə sakini Ramiz Qədiməliyevdən 3,070 qram tiryək götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 200 qram tiryək aşkar edilib. İlkin araşdırma zamanı onun əvvəllər məıhkum olduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31