Masallı sakinlərinin münaqişəsi qətllə nəticələnib

Sentyabrın 22-də Masallı rayonunun Şərəfə kəndindən İntizam Rzayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. DİN-dən verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Salman Qurbanov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31