Keçmiş məhkumlar qətl törətdilər
23 Sentyabr 2015 16:59 KriminalSentyabrın 22-də Daşkəsən şəhərində şəhər sakini Rəfayel Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. DİN-dən verilən məlumata görə, Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerliləri Bəxtiyar Məmmədov və Elmir Məmmədov tutulublar. İlkin araşdırma zamanı onların hər ikisinin əvvəllər məhkum olunduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31