Rusiyada azərbaycanlı İŞİD-çi həbs olundu VIDEO

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Krasnoyarsk regional idarəsinin əməkdaşları ekstremisti saxlayıblar. Azvision.az-ın məlumatına görə, Rusiyanın "Yenisey TV" telekanalı xəbər verir ki, 19 yaşlı azərbaycanlı sosial şəbəkələr vasitəsilə ictimai qaydada terrorizmi dəstəkləyib. İstintaq-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, ötən ilin oktyabr-dekabr aylarında sosial şəbəkədəki səhifəsində açıq şəkildə insanların edam olunması videogörüntülərini paylaşıb. Videogörüntülər paylaşmaqla yanaşı o, insanların qətlə yetirilməsi və terror aktlarının törədilməsinə dair çağırışlar, şərhlər də yazıb. Saxlanılan azərbaycanlıya qarşı iki cinayət işi qaldırılıb. Məlumatda həmçinin bildirilir ki, o, günahını etiraf edir, aktiv şəkildə istintaqa yardım edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31