Qadının daxili orqanından heroin çıxdı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Kəmalə Məmmədovanın üzərində şəxsi yoxlama zamanı ondan 3 ədəd bükümdə, ümumi xalis çəkisi 17,99 qram olan narkotik vasitə - heroin aşkar olunub. DGK Mətbuat Xidmətindən verilən məlumata görə, ilkin araşdırma zamanı K.Məmmədova izahatında bildirib ki, aşkar edilən narkotik maddə onunla eyni tarixdə İrandan Azərbaycana piyada gələn qaynı Elman Vəliyevə məxsusdur. Öz növbəsində, E.Vəliyev aşkar edilən heroinin həqiqətən də ona məxsus olduğunu, onu İran İslam Respublikasından əldə etdiyini və qardaşının həyat yoldaşı K.Məmmədovaya onu daxili orqanında gizlədərək gömrük sərhədini keçməsini məsləhət gördüyünü etiraf edib. Faktla bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31