Bakıda ağır qəza: 17 yaşlı oğlan öldü

Hadisə Badamdarda baş verib

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Badamdar şosesi ilə 20-ci sahə istiqamətində hərəkətdə olan "Mitsubishi Pajero" markalı 99 FJ 658 nömrə nişanlı avtomobil idarəetmədın çıxıb və aşıb. Nəticədə  avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Babazadə Kamran Alim oğlu hadisə yerində ölüb. Sərişin, 1997-ci il təvəllüdlü Tağıyev Vüqar İlham oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31