İrandan narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Zahid Əliyevə məxsus sellofan torbaya baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı həmin torbanın içərisindən 1 ədəd plastik qabda 210 ml həcmində metadon məhlulu və hər bir konvalyutda 20 ədəd həb olmaqla 8 konvalyut "Diazepam 10" adlı dərman preparatı aşkar olunub. Xatırladaq ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 210 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,210 qram təşkil edir. "Diazepam 10" adlı dərman preparatı isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir və 160 ədəd həbdə diazepamın təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edir. Faktla bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31