Ronaldo birinci oldu

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu göstəricidə "Real"ın futbolçusu Kriştiano Ronaldo ən yaxşı seçilib. Respondentlərin 41 faizi "Şaxtyor"la görüşdə het-trik edən portuqaliyalı futbolçuya səs verərək onu birinci ediblər. "Zenit"in hücumçusu Halk 21 faiz səslə ikinci, "Roma"nın müdafiəçisi Alessandro Florenzi isə 15 faizlə üçüncü olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31