Bakıda coxmərtəbəli binada yanğın olub
21 Sentyabr 2015 19:10 KriminalBakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlıumata görə, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 3 kv.m sahədə mətbəx mebeli və yüksək temperaturdan lambirdən ibarət tavan 6 kv.m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31