Yardımlıda maşın aşdı; 2 nəfər ölüb, 4-ü xəstəxanaya yerləşdirilib
21 Sentyabr 2015 17:44 KriminalYardımlıda ölümlə nəticələnən yol qəzası baş verib. "Olaylar"-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 20-də saat 19.00 radələrində Yardımlı rayonunun Honuba kəndində rayon sakini Vüqar Rəsulov idarə etdiyi "VAZ-21213" markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini İsmayıl Rəsulzadə hadisə yerində ölüb, digər 4 sərnişini isə xəstəxanaya yerləşdirilib. Yardımlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31