Qaçırdıqları maşını yolda qoyub aradan çıxıblar
21 Sentyabr 2015 16:23 KriminalSentyabrın 19-da Binəqədi rayonu ərazisində Qardaşxan Hümbətova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, qaçırılmış maşının sentyabrın 20-də Binə qəsəbəsinin ərazisində hərəkətdə olması Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən müəyyən edilib. Saxlanılarkən sürücü avtomobildən düşüb qaçıb. Araşdırmalar zamanı hadisənin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Elnur Əliyev və Asif Əsədullayev tərəfindən törədilməsi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31