Oğurluğun üstü 6 aydan sonra açıldı
21 Sentyabr 2015 16:22 KriminalBu il martın 16-da baş vermiş oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi, Nərimanov RPİ 16-cı PB və Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində German Babayevə məxsus mağazadan mobil telefon, danışıq kartları, spirtli içki və tütün məmulatı oğurlamış Yevlax rayon sakini Bədirxan Xasanov Yevlax rayonunun ərazisində tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31