Terror cinayətinə görə İnterpolun axtarışında olan Azərbaycan vətəndaşı Ukraynada tutulub

Adı açıqlanmayan şəxs əlbəyaxa döyüş üzrə beynəlxalq turnirlərin bir neçə dəfə qalibi olub

Ukrayna sərhədçiləri terrora görə İnterpol xətti ilə axtarışda olan azərbaycanlını Kiyev aeroportunda saxlayıblar. APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbər görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb."İnterpol xətti ilə axtarışda olanların tutulması məqsədilə "Borispol" aeroportunda həyata keçirilən tədbirlər zamanı sərhədçilər "Kiyev" nəzarət-buraxılış məntqəsində Azərbaycan vətəndaşını saxlayıblar. O, "terror" cinayətinə görə beynəlxalq axtarışda olub", - deyə məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, saxlanılan şəxs əlbəyaxa döyüş üzrə beynəlxalq turnirlərin bir neçə dəfə qalibi olub.O, Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31