Nazirlik “Lotos”u məhkəməyə verdi
21 Sentyabr 2015 11:08 KriminalVergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti "Lotos" Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib."Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, departament MTK-nın siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə tələb irəli sürüb. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.Qeyd edək ki, "Lotos" şirkəti Azərbaycanda mənzil tikintisi ilə məşğul olur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31