Maşını saxta pulla aldı
18 Sentyabr 2015 16:41 KriminalCari il may ayının 25-də Tərtər şəhər sakini Elxan Hacıyev Goranboy RPŞ-yə müraciət edərək, cari il may ayının 22-də "Mercedes" markalı avtomobili İlham adlı şəxsə 2500 ABŞ dollarına və 350 manata satmasını, lakin aldığı əskinaslardan 14 ədəd 100 dollarlığın saxta olmasını bildirib. Faktla əlaqədar cinayət işi başlanıb. Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Ruslan Əliyev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31