Axtarışda olan şəxs saxlanıb
18 Sentyabr 2015 16:40 KriminalBakıda axtarışda olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da Bakı şəhər sakini Şəhla Əhmədovanın mənzilindən içərisində 40000 manat və 20000 ABŞ dolları, habelə 50000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlamış qrupun digər üzvü - Cəlilabad rayon sakini Elnur Əliyev tutulub. Araşdırma zamanı onun Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışda olduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31