Şirkətin pulunu seyflə birgə oğurlayıblar
18 Sentyabr 2015 16:40 KriminalAzərbaycanda şirkətdən külli miqdarda pul oğurlanıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Qaraçay" təmir-tikinti şirkətindən içərisində 60000 ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparmış Nicat Xəlilov Quba rayonunun ərazisində tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31