DİN Ceyranbatan qəsəbəsində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb
18 Sentyabr 2015 14:05 KriminalAbşeron rayonunun Ceyranbatan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 17-də saat 09 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baloğlan Ağakişiyev idarə etdiyi "Ford Tranzit" markalı mikroavtobusu yolun kənarındakı yol ayırıcısına vurmuşdur. Nəticədə onun sərnişinlərindən - Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölmüş, 9 sərnişin isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31