Yasamalda mağaza yanıb

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 247 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan ərzaq malları 100 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31