Bakı sakini 92 min manatlıq dələduzluğa məruz qaldığı barədə polisə şikayət edib
18 Sentyabr 2015 12:18 KriminalBakı sakininə qarşı dələduzluq cinayəti edilib. APA-nın məlumatına görə, 1965-ci il təvəllüdlü Azər Musa oğlu Dəmirov Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Coşqun, Qabil və Qoşun adlı şəxslərin ondan 92 min manat məbləğində tikinti materialları alıb pulunu qaytarmadıqlarını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31